Si Cinpin: Yaxın Şərqdə vəziyyət müharibə ilə sülh arasında kritik mərhələdədir

Si Cinpin: Yaxın Şərqdə vəziyyət müharibə ilə sülh arasında kritik mərhələdədir

Hazırda oxunan: Si Cinpin: Yaxın Şərqdə vəziyyət müharibə ilə sülh arasında kritik mərhələdədir
614286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin Xalq Respublikasının Sədri Si Cinpin Yaxın Şərqdə vəziyyətin müharibə ilə sülh arasında kritik mərhələdə olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, Si Cinpin bunu Rusiya-Çin danışıqları zamanı deyib.

Onun sözlərinə görə, Yaxın Şərq və Fars körfəzi regionunda vəziyyət olduqca həssasdır və bu şəraitdə danışıqlar yoluna sadiq qalmaq xüsusi əhəmiyyət daşıyır.
 

Çin lideri bildirib ki, hərbi əməliyyatların dayandırılması təxirəsalınmaz məsələdir və münaqişənin yenidən alovlanmasına yol vermək olmaz.


Si Cinpin vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin tezliklə dayandırılması enerji resurslarının sabit tədarükü, istehsal və logistika zəncirlərinin normal fəaliyyəti, həmçinin beynəlxalq ticarət üçün riskləri azalda bilər.

O, həmçinin dünyanın “cəngəllik qanunları”na qayıdış təhlükəsi ilə üzləşdiyini qeyd edib və Çin-Rusiya dostluq və əməkdaşlıq müqaviləsinin əhəmiyyətinin daha da artdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO