Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO

Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO

Hazırda oxunan: Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO
611301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada bütün universitetlərdə tələbələr üçün yemək qiyməti 1 avro müəyyən edilib.

Bizim.Media xəbər verir ki, indiyə qədər bu güzəştli qiymət yalnız dövlət təqaüdü alan tələbələr üçün keçərli idi. Digər tələbələr isə kompleks nahar üçün 3,30 avro ödəyirdilər.

Yeni qərara əsasən, bundan sonra istənilən tələbə universitet yeməkxanalarında 1 avroya qidalana biləcək.

Bu təşəbbüsün qəbuluna tələbə həmkarlar ittifaqları uzun müddət çalışıblar. Fransa hökuməti isə müvafiq büdcə maddəsini yanvar ayında təsdiqləyib.

Qərarın tətbiqindən sonra tələbə yeməkxanalarına müraciətlərin 12,5 faiz artacağı gözlənilir.
 

Hökumət bu tədbirin həyata keçirilməsi üçün artıq 50 milyon avro ayırıb. Bu vəsaitin 35 milyon avrosu qiymətlərin endirilməsi nəticəsində yeməkxanaların itirdiyi gəlirin kompensasiyasına yönəldiləcək.


Qalan məbləğ isə daha çox tələbənin qəbul edilməsi üçün yeməkxana və digər məkanların hazırlanmasına sərf olunacaq.

Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO