İcra Hakimiyyətinin əməkdaşları oğurluğa görə həbs olundular

İcra Hakimiyyətinin əməkdaşları oğurluğa görə həbs olundular

Hazırda oxunan: İcra Hakimiyyətinin əməkdaşları oğurluğa görə həbs olundular
644417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, 1983, 1987 və 1993-cü il təvəllüdlü şəxslər işlədikləri idarəyə məxsus iki ədəd zibil yeşiklərini oğurlayıblar.

Onlardan ikisi fəhlə, digəri isə "Mercedes" markalı zibil maşınının sürücüsüdür.

Həmin şəxslər hər birinin dəyəri 500 AZN olan dəmir zibil yeşiklərini oğurlayaraq, metal qəbulu məntəqəsinə 70 manata satıblar. Bu oğurluqdan onların hər birinin payına 23 manat qazanc düşüb.

Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərin əməlinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO