Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video

Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video

Hazırda oxunan: Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video
644420
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz binanın sökülməsi planlaşdırılır.

Bizim.Media "Azad Azərbaycan" telekanalına istinadən xəbər verir ki, layihə çərçivəsində bir sıra küçə və prospektlərdə köhnə yaşayış binalarının yenilənməsi, ərazilərin abadlaşdırılması və yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun həyata keçiriləcək yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli və Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazinin yerləşməsindən və infrastruktur imkanlarından asılı olacaq. Yaşayış sahələri üçün hər kvadratmetrə görə 2 000 - 2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 4 000 manatadək kompensasiya nəzərdə tutulur.

Vüqar Oruc bildirib ki, sökülməsi planlaşdırılan binaların əksəriyyəti yataqxanalardır. Binaların bir hissəsinin dövlət vəsaiti hesabına sökülməsi, sakinlərin köçürülməsi və boşaldılmış ərazilərdə parkların salınması planlaşdırılır.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO