
- A-
- A
- A+
Qızıldan yol salırlar - Dünyada ilk
“Dubai Gold District" şirkəti bu ilin sonunadək Dubayda ilk və dünyanın ən uzun "qızıl xiyabanı"nı açmağı planlaşdırdığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə elan Dubayın iki yeni Ginnes rekordunun bayram edildiyi tədbirdə verilib.
Yeni gəzinti zolağı 24 karatlıq təmiz qızıldan hazırlanacaq.
"Dubai Gold District"in kommersiya sektorunun baş direktoru Rəşid Əl-Harmudi bildirib ki, ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan "qızıl xiyaban" şəhərin yeni turist cazibə mərkəzinə çevriləcək.
O vurğulayıb ki, bu layihə Dubayın qlobal qızıl ticarəti mərkəzi və aparıcı turizm məkanı kimi mövqelərini möhkəmləndirmək strategiyasının bir hissəsidir. Əl-Harmudinin sözlərinə görə, piyada gəzinti zolağı yerli sakinlərə və xarici turistlərə "qızıl yol" üzəri ilə hərəkət etmək imkanı yaradaraq Dubayın Qızıl məhəlləsində bənzərsiz bir təcrübə bəxş edəcək.
Şirkət rəsmisi həmçinin həmin ərazidə Yaxın Şərqin ən böyük qızıl və zərgərlik məmulatları sərgisinin təşkil olunacağını da diqqətə çatdırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































