Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər – SƏBƏB

Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər – SƏBƏB

Hazırda oxunan: Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər – SƏBƏB
611255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvada mobil rabitə və internetin işində problemlər yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskva sakinləri SMS göndərməkdə və mobil internetdən istifadə etməkdə çətinlik çəkirlər. Rabitə problemləri taksi xidmətlərinin işinə də təsir edib.

Taksi tətbiqlərindən biri istifadəçilərə xəbərdarlıq göndərərək servisin qeyri-sabit işləyə biləcəyini bildirib:

“Hazırda sabit rabitə ilə bağlı problemlər var, servis düzgün işləməyə bilər. Bütün sürücülər xəttə çıxa və sifariş qəbul edə bilmirlər”.
 

Rusiyanın “böyük dördlük” mobil operatorları — MTS, “MegaFon”, “Beeline” və T2 — daha əvvəl Moskva və Moskva vilayətində mayın 5-dən 9-dək mobil internet və SMS-lərin işində müvəqqəti məhdudiyyətlərin mümkünlüyü barədə xəbərdarlıq etmişdilər.


Məhdudiyyətlərin təhlükəsizlik tədbirləri ilə əlaqədar tətbiq oluna biləcəyi bildirilir. Operatorlar istifadəçilərə internetə çıxış üçün Wi-Fi şəbəkələrindən yararlanmağı tövsiyə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO