İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

Hazırda oxunan: İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO
611204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya polisi Şimali Afrikada yerləşən Seuta şəhərində Mərakeşdən tonlarla həşişin ölkəyə gətirilməsi üçün qurulmuş mürəkkəb yeraltı infrastruktur aşkar edib. 

Bizim.Media “El-Pais” nəşrinə istinadən xəbər verir ki, yeraltı labirintə giriş böyük, səs izolyasiyalı soyuducu qurğu ilə gizlədilib. 

Ümumilikdə üç səviyyədən ibarət olan konstruksiya relslər, vaqonetlər və narkotiklərin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş lebyodka sistemi ilə təchiz olunmuş mühəndis qurğusu olub.

Sənaye anqarının altında gizlədilən tunel eniş şaxtasından, aralıq kameradan və narkotik anbarı kimi istifadə olunan hissədən ibarət olub. Bu zonada həşiş bağlamaları paletlər üzərinə yığılırdı. Tunelin son hissəsi isə birbaşa Mərakeş ərazisinə çıxış təmin edib.

Yeraltı suların çəkilməsi və tunelin işlək vəziyyətdə saxlanılması üçün iki güclü nasos quraşdırılıb. Səs izolyasiyası sayəsində onların fasiləsiz fəaliyyəti diqqət çəkməyib.

“Həşiş trafiki üzrə şəbəkə”yə qarşı əməliyyat 2025-ci ilin fevralında başlayıb və bir neçə mərhələdə həyata keçirilib. İstintaq müəyyən edib ki, qruplaşmaya iki nəfər rəhbərlik edib.

Onlardan biri martın 26-na keçən gecə Mərakeşdə saxlanılıb və polis tərəfindən “narko-memar” və “tunellərin sahibi” ləqəbləri ilə tanınıb. O, bir il əvvəl aşkar edilmiş oxşar yeraltı labirintin yaradılmasında da şübhəli bilinir.

İkinci şəxs isə Seutada fəaliyyət göstərib, burada tədarük məsələləri müzakirə olunub və alqı-satqı razılaşmaları əldə edilib.

İstintaqa görə, müsadirə edilən bütün narkotik vasitələr də ona məxsus olub.

Əməliyyatın yekun mərhələsində 27 nəfər saxlanılıb, 17 tondan çox həşiş və 88 kiloqram kokain müsadirə edilib. Bundan əlavə, 1,4 milyon avro nağd vəsait, 66 rabitə vasitəsi və 15 ədəd lüks avtomobil də ələ keçirilib.

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO - foto 1
İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO - foto 2

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO