Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Hazırda oxunan: Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
644427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın iki qadın güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayır.

Bizim.Media xəbər verir ki, yarışın növbəti günündə Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.

Bundan əlavə, üç yunan-Roma güləşçisi medallar uğrunda mübarizə aparacaq.

Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib. İslam Abbasov (87 kq) isə təsəlliverici qarşılaşmada Latana Sopa (Amerika Samoası) ilə görüşəcək.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO