Qaz limitini keçən abonentlərin sayı açıqlandı – RƏSMİ

Qaz limitini keçən abonentlərin sayı açıqlandı – RƏSMİ

Hazırda oxunan: Qaz limitini keçən abonentlərin sayı açıqlandı – RƏSMİ
644343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə üzrə 2,8 milyon abonent təbii qazla təmin olunur.

Bu barədə məlumat “Azəriqaz” İstehsalat Birliyinin Bizim.Media-nın sorğusuna cavabında yer alıb.

Məlumatda bildirilib ki, cari ilin ilk 9 ayı ərzində mövcud abonentlərin 40,9 faizi qaz istehlakı üzrə aşağı tarif limitini keçib.

Qeyd edilib ki, bu, 2026-cı il oktyabrın 1-nə olan məlumatdır.
 

Xatırladaq ki, "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü ildə qəbul etdiyi Qərarına əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12,5 qəpik, 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 22 və 30 qəpik olmaqla hesablanır.


Eyni zamanda, əhali istehlakçı qrupu üzrə 1,0 manat sabit tarif (hər ay üçün) müəyyən edilib. Vətəndaş limiti keçdikdə 12,5 qəpiyə aldığı bir kubmetr təbii qaza 22 və ya 30 qəpik ödəməli olur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO