Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

Hazırda oxunan: Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”
606264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib". 

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəzin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda qeyd edib.
 

"Bu, sadəcə statistika deyil – bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır. DİM artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxıb.


Biz ədalət infrastrukturunun mühüm elementinə çevrildik.

Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində biz təhsil və kadr siyasəti sahəsində proseslərin təhlili üçün dövlətə etibarlı empirik əsas verən unikal məlumat bazaları formalaşdırdıq. Biz dünyanın ən “ekoloji-təmiz” enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq"-deyə sədr bildirib.

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO