Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO
598263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
 

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.


Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 30 ailə olmaqla, 115 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 1
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 2
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 3
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 4
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 5


Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 6
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 7
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 8
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 9
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 10
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO