Rusiyada azərbaycanlılara YENİ QADAĞA

Rusiyada azərbaycanlılara YENİ QADAĞA

Hazırda oxunan: Rusiyada azərbaycanlılara YENİ QADAĞA
596688
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək.

Bizim.Media xəbər verir ki, vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən, onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq ediləcək.

Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan edilir.

Bildirilib ki, hazırda regionda 400 mindən çox fərdi sahibkar kuryer kimi çalışır. Onların arasında əcnəbilərin nisbəti Moskva və ya Sankt-Peterburqdakından daha aşağıdır.

Vəkil Svetlana Leusovanın sözlərinə görə, qadağa yalnız iş icazəsi (patent) ilə işləyən miqrantlara şamil ediləcək. Avrasiya İqtisadi Birliyi ölkələrinin (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) vətəndaşlarına məhdudiyyətlər təsir etməyəcək. Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşlarından iş icazəsi almaq tələb olunur.(axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO