
- A-
- A
- A+
Sabah Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ
Fevralın 17-də Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.
Fevralın 17-də 35/10 kV-luq "Xətai" yarımstansiyasından qidalanan "Xəstəxana–Asfaltzavod" 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq. Bununla əlaqədar şəhərin 48, 49 və 52-ci məhəllələrində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçiriləcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































