Siqaret çəkənlərin NƏZƏRİNƏ: Cərimələnə bilərlər - VİDEO

Siqaret çəkənlərin NƏZƏRİNƏ: Cərimələnə bilərlər - VİDEO

Hazırda oxunan: Siqaret çəkənlərin NƏZƏRİNƏ: Cərimələnə bilərlər - VİDEO
578462
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan edilsə də, bəzi insanlar hələ də qadağanın nəzərdə tutulduğu məkanları tam olaraq bilmirlər.

Bizim Media xəbər verir ki, paytaxtda aparılan sorğu zamanı bəlli olub ki, qanundan xəbəri olanlar da var, olmayanlar da.

Belə ki, şəhərin bir çox ərazilərində siqaret kötüklərinin atılması üçün tullantı qabları quraşdırılıb.
 

Lakin bəzi insanlar heç siqareti söndürmədən bu qablara atırlar ki, bu da yanğın baxımından ciddi təhlükə yaradır.


Qanunla təhsil və tərbiyə, tibb müəssisələrində, habelə onların ərazilərində, idman oyunlarının keçirildiyi binalar və ərazilərdə, kafe və restoranlar daxil olmaqla ictimai iaşə, ticarət və məişət obyektlərində siqaret çəkmək qadağandır.

Bu ərazilərdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulur.

İnzibati xətalar məcəlləsində qeyd olunur ki, küçədə siqaret kötüyünü yerə atmağa görə 300 manat cərimə nəzərdə tutulur.

Daha ətraflı Azad Azərbaycanın (ATV) süjetində:



Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO