Keçmiş Formula-1 pilotu atasını öldürdü

Keçmiş Formula-1 pilotu atasını öldürdü

Hazırda oxunan: Keçmiş Formula-1 pilotu atasını öldürdü
576855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabiq “Formula-1” pilotu Antolin Qonzales atasını bıçaqla öldürdüyünü etiraf edib.

Bizim.Media 20minutus.es-ə istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı idmançı ölümün mübahisə zamanı “təsadüfi” olduğunu iddia edir və cəzanın yüngülləşdirilməsini tələb etmək niyyətindədir.

Hadisə iyulun 5-də Aranda de Duero şəhərinin kənarında ailəyə məxsus sənaye binasında baş verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, onunla atası arasında qızğın mübahisə düşüb və bu zaman kişi oğluna bıçaqla hücum edib. Mübarizə zamanı Qonzales atasının boynuna bıçaq zərbəsi endirib.

56 yaşlı kişi aldığı zərbələrdən sonra dünyasını dəyişib. Hadisədən sonra Antolin bıçağı ataraq qaçmağa cəhd edib. O, hüquq mühafizə orqanları tərəfindən tapılaraq həbs edilib.

Qonzalesin ailəsi onu müdafiə edərək, mərhumun illərdir silsiləvi şəkildə yaxınlarına qarşı zorakılıq etdiyini iddia edib.

2018-ci ildə “Formula-3” üzrə vitse-çempion olan Antolin Qonzales anasının biznesinə kömək etmək üçün karyerasını bitirib. Ailənin dediyinə görə, o, anasını atasından qorumaq və dəstəksiz qalmamasını təmin etmək istəyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO