Şahruddin ən yaxşı qapıçılar SİYAHISINDA

Şahruddin ən yaxşı qapıçılar SİYAHISINDA

Hazırda oxunan: Şahruddin ən yaxşı qapıçılar SİYAHISINDA
575654
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində inamlı oyunu ilə fərqlənən futbolçular arasındadır.

Bizim.Media UEFA-ya istinadən xəbər verir ki, 31 yaşlı qolkiper seçmə mərhələdə D qrupunda geridə qalan 4 matçın hamısında meydana çıxıb və ümumən 19 seyv edib.

Bu, orta hesabla hər oyuna 4,75 qurtarış deməkdir. Şimali Makedoniya komandasının oyunçusu Stole Dimitriyevski də 19 dəfə komandasının xilaskarı olub. Hər iki futbolçu bu göstəricilərlə 82 qapıçı arasında 11-12-ci yeri bölüşdürür.
 

Siyahıda ilk pilləni isə 34 seyvlə San-Marino millisindən Edoardo Kolombo tutur. İkinci yerdə Benyamin Bühel (Lixtenşteyn, 30 seyv), üçüncü pillədə isə İker Alvares (Andorra, 26 seyv) qərarlaşıb.


Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO