Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ: “Cavab verəcəyik“ 

Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ: “Cavab verəcəyik“ 

Hazırda oxunan: Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ: “Cavab verəcəyik“ 
46436
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İki liderin bu mesajları son dərəcə vacibdir. Ermənistanın sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş bu mesajlara necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə İrəvan administrasiyasından asılıdır. Bu, indi Ermənistan siyasətinin üzərinə düşən məsələdir. Ümid edirik ki, bu, düzgün seçimdir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı son təxribatı barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov: "Ermənistan mina xəritələrini təqdim etməlidir" - FOTO


O, regionda sabitliyin və inkişafın təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın konstruktiv mesajlarını xatırladıb.

“Təəssüf ki, biz hələ də Ermənistanın revanşist bəyanatlarının şahidi oluruq. Hələ də torpaq iddiaları ilə bağlı açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli bəyanatlardır. Biz erməni siyasətçiləri daha ağıllı və daha məsuliyyətli hərəkət etməyə çağırırıq.

Əgər hiss etsək ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməyib, Azərbaycana qarşı hansısa təhlükəli addım atarsa, biz cavab verəcəyik. Bizim seçimimiz regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin edilməsidir”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO