Rusiya jurnalistlərinin Türkiyədə saxlanma səbəbləri - DETALLAR

Rusiya jurnalistlərinin Türkiyədə saxlanma səbəbləri - DETALLAR

Hazırda oxunan: Rusiya jurnalistlərinin Türkiyədə saxlanma səbəbləri - DETALLAR
4351
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın NTV telekanalının əməkdaşlarının Türkiyədə saxlanılmasının səbəbi məlum olub.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxbir Aleksey Petruşko, operator İvan Malişkin Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişini aparıblar.

Onlarla birlikdə bir Türkiyə vətəndaşı da saxlanılıb.

İstanbul icra hakimiyyəti hadisə ilə bağlı açıqlama verib:

"Pilotsuz Uçuş Apparatlarının araşdırma və istehsal mərkəzinin yerləşdiyi, foto və video çəkilişlərin qadağan olduğu ərazidə Rusiya vətəndaşları İ.Malişkin və A.Petruşko və Türkiyə vətəndaşı A.Ç.K. 03.12.2020 tarixində saat 10.30-da polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslərə qarşı başladılan istintaq davam edir. Baş prokurorun göstərişi ilə saxlanılma qərarının müddəti 3 gün artırılıb".

Xatırladaq ki, ötən gün NTV kanalı  iki əməkdaşının İstanbul yaxınlığında saxlanıldı haqqında məlumat yaymışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO