
- A-
- A
- A+
Kremldən Rusiyanın TDT-yə qoşulacağı ilə bağlı xəbərə reaksiya
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) qoşulmasının məqsədəuyğun olacağını bildirib.
Bizim.Media xəbər verir ki, Peskov bu barədə “Vedomosti” nəşrinin sualını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, Moskva hələlik rəsmi dəvət almayıb. Bununla belə, məsələ Qazaxıstanla təmaslar zamanı müzakirə olunacaq.
Peskov Rusiyanın bir sıra regionlarında tarixən türk mənşəli xalqların yaşadığını qeyd edib. O vurğulayıb ki, söhbət ayrı-ayrı regionların deyil, bütövlükdə Rusiyanın təşkilatın fəaliyyətinə qoşulmasından getməlidir.
Qeyd edək ki, oktyabrın 30-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada keçirilən TDT sammitində Rusiyanın təşkilata daxil edilməsini təklif edib. Onun fikrincə, Rusiyanın TDT-də iştirakı bütün üzv dövlətlərə fayda verəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































