
- A-
- A
- A+
Hindistandan gətirilən yanacaq Rusiya qırıcısının partlamasına səbəb oldu
Rusiyanın “Axtubinsk” hərbi aerodromunda oktyabrın 29-da Su-57 qırıcısında mühərriklər işə salınarkən partlayış baş verib. Ehtimal edilir ki, təyyarəyə keyfiyyətsiz yanacaq doldurulub və bu baxımdan partlayış qaçılmaz olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Kəşfiyyatın bildirdiyinə görə, Ukraynanın Rusiyanın neft infrastrukturuna uzaqmənzilli zərbələri nəticəsində ölkədə aviasiya kerosininin istehsalı azalıb və Rusiya idxaldan daha çox asılı vəziyyətə düşüb.
Baş Kəşfiyyat İdarəsi Rusiyanın Hindistandakı “Nayara Energy” neft emalı zavodundan aviasiya yanacağı idxal etmək üçün istifadə etdiyi dəniz daşımaları sxemini də açıqlayıb.
Məlumata görə, 2026-cı il avqustun 22-də sanksiyalar altında olan GRIF tankeri Hindistanın Vadinar limanından təxminən 40 min ton Jet A-1 aviasiya yanacağı aparıb. Yük sentyabrda başqa bir sanksiyalı HALCYON tankerinə köçürülüb və sentyabrın 23-də Rusiyanın Naxodka limanına çatdırılıb.
Ukrayna kəşfiyyatı qeyd edir ki, bu yanacaq Su-57 də daxil olmaqla, Rusiyanın hərbi təyyarələrində istifadə olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































