
- A-
- A
- A+
Çimnaz Sultanovanın ölümünün əsl səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.
Bizim.Media Milli.Az-a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Samirə Bağırova bildirib ki, Çimnaz Sultanovanın plastik-estetik əməliyyatlara meyli olub və onun fikrincə, aktrisa bu prosedurların qurbanına çevrilib.
"Onun estetik-plastik əməliyyatlardan asılılığı var idi. Bu prosedurların qurbanına çevrildi. Eşitdiyimə görə, belə müdaxilələri sıx-sıx etdirməyə başlamışdı. Dərisində xərçəng xəstəliyi yaranmışdı", - deyə psixoloq bildirib.
Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































