NTV-nin əməkdaşları Türkiyədə saxlanıldı

NTV-nin əməkdaşları Türkiyədə saxlanıldı

Hazırda oxunan: NTV-nin əməkdaşları Türkiyədə saxlanıldı
4311
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NTV jurnalistləri İstanbulun yaxınlığında saxlanılıb, onlarla əlaqə yaratmaq mümkün olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə NTV-nin rəsmi saytında məlumat verilib.

Qeyd edilib ki, Rusiyanın NTV televiziya kanalının iki əməkdaşı, müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbul yaxınlığında saxlanılıb.

Onlar 3 dekabr səhər saatlarında redaksiyaya İstanbulun ətrafında polis tərəfindən tutulduqları barədə məlumat veriblər.

“Moskva vaxtı ilə saat 21: 00-da Aleksey Petruşko qısa bir SMS göndərib. Mesajda qeyd edib ki, “'Nədənsə bizi hələ tuturlar”,- deyə NTV verib.

Telekanalın məlumatına görə, bundan sonra əməkdaşlarla rabitə kəsilib. Onlar zənglərə və mesajlara cavab verməyiblər.

Rusiya Xarici İşlər Nazirliyi və Baş Konsulluq vəziyyətə aydınlıq gətirməyə çalışır. Qurumdan jurnalistlərin tutulması ehtimalına dair məlumatların dəqiqləşdirilməsi və yerlərinin müəyyənləşdirilməsi üçün lazımi səyləri göstərdiklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO