Şəkidəki Pir Baba ziyarətgahını TALAN edən kimlərdir? – “Qızılaxtaranlar peyda olub” - ARAŞDIRMA

Hazırda oxunan: Şəkidəki Pir Baba ziyarətgahını TALAN edən kimlərdir? – “Qızılaxtaranlar peyda olub” - ARAŞDIRMA

42905

Şəkinin Cumakəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qanunsuz qazıntı işlərinin aparıldığı iddia olunur. Qazıntı işlərinə səbəb ziyarətgahın altında qızıl olması ilə əlaqələndirilir.

Məlumata görə kənd icra nümayəndəsi ilə ziyarətgahın nəzarətçisi əlbir olaraq ərazidə qazıntı aparıblar. Hazırda ziyarətgahın bağlı olduğu və ora heç kimin buraxılmadığı deyilir. Kənddə və rayonda dolaşan söz-söhbətlərə görə prosesə yerli polislər də qoşulub. 

Məlumatın nə qədər həqiqətəuyğun olub-olmadığını öyrənmək üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etdik.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL


Şəki rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev sözügedən məsələdən xəbərsiz olduqlarını və bu barədə hər hansı məlumat eşitmədiklərini vurğulayıb. Həmçinin, məlumat almaq üçün bizi ərazi nümayəndəliyinə yönləndirib. Şəki rayon Cumakənd ərazi nümayəndəliyi və bələdiyyəsindən telefon zənglərimizə cavab verən tapılmadı.

Öz növbəsində Şəki Rayon Polis Bölməsinin sahə rəisi Hümmət Qədirovla da əlaqə yaratmaq mümkün olmayıb. 

Qeyd olunan məsələ ilə bağlı sorğumuzu Daxili İşlər Nazirliyinə ünvanlamışıq. 

“Babaratma” Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir. Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. “Babarta” “Baba ribat” sözünün təhrif olunmuş şəklidir.

Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb: “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli qəbrini qazdı”.

Ziyarətgahın nəzarətçisi Məmməd Süleymanovdur. 

Rəvayətə görə, Babaratma babagil 3 qardaş olublar. Birinci Şeyx Babaratma baba bu kənddə yaşayıb, digəri Böyük Qafqaz sıra dağlarının orta yamaclarında, adı da Şeyx Kaplan babadır.


Üçüncüsü isə, Dağıstan Respublikasının Axtı rayonunun ərazisində yaşamış Şabruz babadır. Şeyx Babaratma babanın burda məskunlaşma dövrü, daş kitabələrə əsasən, təxminən 400 il əvvələ gedib çıxır. Bu gün də onun haqqında çoxlu rəvayətlər və əfsanələr dolaşır.

Mövzunu diqqətdə saxlayacağıq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO