Braziliya prezidenti bəzən hamam otağında gizlənir və ağlayır – SƏBƏBİNİ özü açıqladı

Hazırda oxunan: Braziliya prezidenti bəzən hamam otağında gizlənir və ağlayır – SƏBƏBİNİ özü açıqladı

42297

Braziliya Prezidenti Jair Bolsonaro paytaxt Braziliadakı kilsələrdən birində tərəfdarları ilə danışarkən maraqlı fakt açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Daily Mail” nəşri yayıb.

Mənbə yazır ki, o, çətin hökumət qərarları verərkən tualetdə gizləndiyini və ağladığını söyləyib.
 

Prezident həyat yoldaşının onu belə vəziyyətdə görmədiyini vurğulayıb. Nəşr qeyd edir ki, son vaxtlar onun reytinqinin səviyyəsi 22% -ə enib. Səbəb isə Braziliyada COVID-19 ilə bağlı vəziyyət, inflyasiyanın və işsizliyin kəskin artmasıdır.


Bundan əlavə, Braziliya prezidenti ilə bağlı Senatda araşdırma aparılır. Təsdiqlənərsə, o, 11 cinayət ittihamı ilə üzləşə bilər. Bunun səbəbi, Bolsonaronun koronavirus tədbirlərinə qarşı çıxması və peyvənd olunmadığı üçün dəfələrlə ictimai yerlərə buraxılmamasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO