Azərbaycana ən çox valyuta gətirən hansı məhsullardır? - İLK ÜÇLÜK

Azərbaycana ən çox valyuta gətirən hansı məhsullardır? - İLK ÜÇLÜK

Hazırda oxunan: Azərbaycana ən çox valyuta gətirən hansı məhsullardır? - İLK ÜÇLÜK
37964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin 8 ayında qeyri-neft sektorunda Azərbaycana daha çox valyutanı meyvə-tərəvəz ixracı gətirib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xaricdə satılan Azərbaycan meyvə-tərəvəzinin dəyəri 364 miyon 678 min dollar olub.

Ölkəmizdən 393 min 949 ton meyvə - tərəvəz ixrac olunub. 

Ölkəyə gətirdiyi valyutanın məbləğinə görə qeyri neft sektorunda ikinci yeri plastmassa və onlardan hazırlanan məmulatlar tutub. Bu məhsulların ixracından ölkəmizə 264 milyon 736 min dollar vəsait daxil olub. İxrac edilən plastmassa və onlardan hazırlanan məmulatların miqdarı isə 277 min 737 ton olub.

Pambıqçılığın inkişafına ayrılan subsidiyalar da özünü doğrultmaqdadır. Belə ki, pambıq lifinin ixracı qeyri-neft sektorunda üçüncü pilləni tutub.

Yanvar-avqust aylarında Azərbaycandan 145 milyon 64 min dollar dəyərində, 94 min 358 ton pambıq lifi ixrac olunub.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO