Dünya çempionatı: 4 güləşçimiz yarışın son günündə xalça üzərinə çıxacaq

Dünya çempionatı: 4 güləşçimiz yarışın son günündə xalça üzərinə çıxacaq

Hazırda oxunan: Dünya çempionatı: 4 güləşçimiz yarışın son günündə xalça üzərinə çıxacaq
645364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bun gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin dörd üzvü bürünc medal uğrunda yarışacaqlar.

Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinal məğlubiyyətindən sonra, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılacaqlar.

C.Hacıyev və İ.Bazarqanovun bürünc medal görüşündəki rəqibləri təsəlliverici qarşılaşmaların nəticəsinə əsasən müəyyənləşəcək.

A.Tsokayev təsəlliverici görüşdə Nauru təmsilçisi Ceys Uera ilə qarşılaşacaq. Qalib gələrsə, bürünc medal uğrunda iranlı Amirhüseyn Firuzpurbandpeylə qarşılaşacaq.
 

T.Bayramov isə ilk təsəlliverici görüşdə kosovalı Ekzon Coni ilə qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə növbəti görüşdə tacikistanlı Viktor Rassadinlə güləşəcək. Bu qarşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi ilə üz-üzə gələcək.


Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO