
- A-
- A
- A+
Tramp: ABŞ-ın İranda daha bir-iki hədəfi qalıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika qüvvələri İranın silahlı qüvvələrinin böyük hissəsini sıradan çıxarıb, lakin hələ də “həll edilməli” bir-iki hədəf qalıb.
Bizim.Media xəbər verir ki, Tramp Floridadakı iqamətgahında jurnalistlərlə görüşündə ABŞ ordusunun bu hədəfləri təxminən 10 dəqiqəyə məhv edə biləcəyini deyib.
Onun sözlərinə görə, hədəflərdən biri ABŞ-da “Pikaks dağı” adlandırılan Köh-e Kolanq dağı ərazisində yerləşir.
Vaşinqtonun iddiasına görə, burada İranın yeraltı nüvə kompleksi var. Tehran isə belə bir obyektin mövcudluğunu inkar edir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Trampın İrana yeni zərbələr endirilməsi ilə bağlı hələ qərar vermədiyini və Vaşinqtonun diplomatiyaya açıq olduğunu bildirib. Həmin gün İranın ali lideri Müctəba Xamenei ABŞ və İsraili hərbi əməliyyatları bərpa etməmək barədə xəbərdar edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































