Tovuzda ildırım yanğına səbəb oldu - ÖZƏL VİDEO

Tovuzda ildırım yanğına səbəb oldu - ÖZƏL VİDEO

Hazırda oxunan: Tovuzda ildırım yanğına səbəb oldu - ÖZƏL VİDEO
33948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qeyri-sabit hava şəraiti qərb bölgəsində yanğına səbəb olub. Tovuzda axşam saatlarında şimşək çaxıb, qısa müddətli güclü yağış yağıb.

Bizim.Media-nın bölgə müxbirinin məlumatına görə, təxminən saat 20:30 radələrində rayon ərazisinə ildırım düşüb. Nəticədə Rayonun Olimpiya İdman kompleksinin yaxınlığında yanğın baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Lerikdə yanğın məhdudlaşdırıldı - VİDEO


Şam ağaclarından ibarət olan bir hektara yaxın ərazidəki alovu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin əməkdaşları ram edib.

15 nəfər canlı qüvvə iki yanğınsöndürən avtomobilin köməyi ilə alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb. Havanın küləkli olmasına görə yenidən yanğının başlaması istisna edilmir buna görə də ərazi nəzarətə götürülüb.

Foto və videonu təqdim edirik:

Cümşüd Məmmədov, Bizim.Media
 


 


Tovuzda ildırım yanğına səbəb oldu - ÖZƏL VİDEO - foto 1
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO