Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Hazırda oxunan: Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA
270300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə 4 çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

Nürəddin Novruzov (61 kiloqram) 1/8 finalda iranlı Ahmad Mohammadnejad Cavana 2:5 hesabı ilə məğlub olub.

Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Kənan Heybətov (70 kiloqram) həm iranlı, dünya çempionatının 2 qat gümüş medalçısı Amirmohammad Yazdaniçeratiyə (15:4), həm də Baham adaları təmsilçisi Şannon Hannaya (10:0) tam üstünlüklə qalib gəlib. Onun 1/4 finalda ermənistanlı Avropa çempionu Arman Andreasyanla qarşılaşması gərgin mübarizə şəraitində keçib. Heybətov 6:3 hesablı üstünlük əldə etsə də, yekunda rəqibinə məğlub olub – 6:8.
 

Arseniy Djioyev (86 kiloqram) debütdə Puerto-Riko təmsilçisi Ethan Ramosdan güclü olub – 5:2. Ancaq 1/4 finalda yaponiyalı Hayato İşiquroya 8:13 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.


Giorgi Meşvildişvili (125 kiloqram) özbəkistanlı Xasanboy Raximova və macarıstanlı Vladislav Baytsayevə eyni hesabla (7:0) qalib gələrək karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Giorgi yarımfinalda polşalı Robert Baranla üz-üzə gəlib.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn Meşvildişvili karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada İranın titullu güləşçisi Amir Zare ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO