Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO

Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO

Hazırda oxunan: Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO
267911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tiencin şəhərinə səfər edib.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğanı Binhay Beynəlxalq Hava Limanında Çinin dövlət naziri Ley Haycao, Türkiyənin Pekindəki səfiri Səlçuk Ünal və səfirliyin əməkdaşları qarşılayıblar.
 

Ərdoğan ilə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, müdafiə naziri Yaşar Gülər və digər rəsmilər də səfərdə iştirak edir.


Türkiyə lideri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Çin Sədri Si Cinpinin liderlərin şərəfinə verdiyi şam yeməyinə qatılacaq.

O, başda həmkarı Si Cinpin olmaqla digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.




Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO - foto 1
Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO - foto 2
Ərdoğan Çində belə qarşılandı - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO