“Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər” - VİDEO

“Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər” - VİDEO

Hazırda oxunan: “Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər” - VİDEO
267272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Erməni həmkarımla birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, o, həqiqətən buna layiqdir:

“Vaşinqtonda şərhlərimdə də qeyd etdiyim kimi, o, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır.
 

Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub. Hətta onun ilk prezidentlik dövründə belə, - ancaq o vaxt görüşmək imkanımız olmayıb, xüsusilə də o, “dərin dövlət”in nümayəndələri tərəfindən seçki saxtakarlığı ilə seçilməkdən məhrum edilib, - onun qələbəsini əlindən aldılar.



Onun poçtla göndərilən səs bülletenləri ilə bağlı fikirləri tamamilə düzgündür. Çünki Amerika administrasiyaları həmişə bütün dünyaya necə yaşamalı, demokratiyanı necə qurmalı, seçkiləri necə təşkil etməli olduğumuz barədə mühazirə oxumağı xoşlayır.
 

Lakin onlar özləri Prezident Trampı qələbədən məhrum edərək, ona qarşı ən böyük seçki saxtakarlığını etdilər. O, prezident olmadığı müddətdə özünü çox layiqli şəkildə aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı.


Qurbağalarla dolu bütün bu bataqlıqlar - USAID, “Radio Liberty”, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi. Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər. Bəlkə də eyni səviyyədə deyildi, amma eyni şəkildə idi, şayiələr yayırdılar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO