Bu ay Gürcüstanda parlament seçkilərinin II turu keçiriləcək

Hazırda oxunan: Bu ay Gürcüstanda parlament seçkilərinin II turu keçiriləcək

2622

Gürcüstanda 17 təkmandatlı dairələr üzrə parlament seçkilərinin ikinci turu noyabrın 21-də keçiriləcək.

Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komitəsinin sədr müavini Georgi Şarabidze deyib.

O bildirib ki, qərar komitənin dünən keçirilən iclasında verilib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin ilk turu oktyabrın 31-də keçirilib. Parlamentdə 150 yer üçün 48 partiya və iki siyasi blok mübarizə aparıb.

Nəticələrə əsasən, hakim “Gürcü arzusu – demokratik Gürcüstan” Partiyası 48,22% səslə qalib olub.

İkinci yerdə 27,18% səslə müxalifət “Güс birlikdədir” blokudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO