Gürcüstanda yaşayan azərbaycanlılar üçün yeni qaydalar

Gürcüstanda yaşayan azərbaycanlılar üçün yeni qaydalar

Hazırda oxunan: Gürcüstanda yaşayan azərbaycanlılar üçün yeni qaydalar
259494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əcnəbilərin Gürcüstana girişi, bu ölkədə qalması, yaşaması və işləməsi qaydaları dəyişdirilir, bir sıra qaydalar isə sərtləşdirilir.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər olunub. Ölkədə qalma müddətini ötmüş əcnəbilərin Gürcüstana girişinə qadağa qoyan dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.

Bildirilir ki, 95 ölkənin vətəndaşlarına Gürcüstana vizasız səfər etmək və bir il ərzində ölkədə qalmaq imkanı verilir. Siyahıya Aİ ölkələri, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Belarus və Ukrayna daxildir.

Əvvəlki qanunvericiliyə görə, viza rejimini pozan əcnəbilər ölkəni tərk edərkən cərimə ödəyirdilər və sonra yenidən Gürcüstana qayıda bilirdilər. Cari il oktyabrın 1-dən etibarən isə əcnəbi Gürcüstanda 3 aya qədər qaldıqda, o, 180 deyil, 1000 lari məbləğində cərimə ödəməli olacaq və 6 ay müddətinə Gürcüstana səfərinə qadağa qoyulacaq.

Əgər əcnəbi ölkədə bir ildən azdırsa, ölkədə qanuni qalma müddəti bitdikdən sonra o, 360 lari əvəzinə 2 min lari cərimə ödəməli və iki il Gürcüstanla vidalaşmalı olacaq. Amma ölkədə bir ildən artıq qeyri-qanuni qalmaq üçün cərimə 360 lari deyil, üç il müddətinə ölkəyə giriş qadağası ilə 3 min lari olacaq.

Əcnəbilərin Gürcüstanda qeyri-qanuni qalmasına şərait yaradan şəxslər və şirkətlər 2 min lari cərimə ilə cəzalandırılacaqlar. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO