Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ
256461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.


Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, problemlərin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO