İranlılar kütləvi şəkildə Tehranı tərk edir - Yollarda tıxac yaranıb - FOTO

İranlılar kütləvi şəkildə Tehranı tərk edir - Yollarda tıxac yaranıb - FOTO

Hazırda oxunan: İranlılar kütləvi şəkildə Tehranı tərk edir - Yollarda tıxac yaranıb - FOTO
255117
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranlılar Tehranı kütləvi şəkildə tərk etməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Mənbə qeyd edir ki, Yaxın Şərqdə İran və İsrail arasında alovlanan müharibə təhlükəsi İranın paytaxtında böyük çaxnaşmaya səbəb olub.

Tehran şəhərindən çıxan magistrallarda on kilometrlərlə uzanan avtomobil tıxacları yaranıb. İnsanlar şəxsi avtomobilləri ilə ailələrini təhlükəsiz yerlərə aparmağa çalışır.

Tehrandan kütləvi çıxış beynəlxalq və regional liderlərin çağırışlarından sonra daha da sürətlənib. ABŞ prezidenti Donald Tramp sosial mediada etdiyi paylaşımda "iranlıları dərhal Tehrandan təxliyə olunmağa" çağırıb.

O, bildirib ki, növbəti mərhələdə paytaxtda hərbi obyektlərə və ətraf ərazilərə böyük zərbələrin endirilməsi mümkündür.

Eyni çağırış İsrail rəsmiləri tərəfindən də səsləndirilib. Təl-Əviv tərəfi də Tehranda yaşayan mülki əhalini mümkün qədər tez şəhəri tərk etməyə və sığınacaqlara üz tutmağa çağırıb.

Sosial mediada yayılan görüntülərdə ailələr, uşaqlı qadınlar və yaşlı insanlar avtomobillərlə, bəzi hallarda isə piyada şəkildə şəhərdən çıxmağa çalışır. Benzin doldurma məntəqələrində növbələr uzanır, ərzaq mağazalarında isə gərginlik yaşanır. İnsanlar tezliklə münaqişənin paytaxtı birbaşa hədəf alacağına inanır.

Tehranın bəzi bölgələrində artıq müvəqqəti sığınacaqlar və humanitar dəstək mərkəzləri yaradılıb.

İranlılar kütləvi şəkildə Tehranı tərk edir - Yollarda tıxac yaranıb - FOTO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO