Hillari Klinton Vaşinqtonun BMT-dəki səfiri ola bilər

Hazırda oxunan: Hillari Klinton Vaşinqtonun BMT-dəki səfiri ola bilər

2547

ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı il prezident seçkilərində demokratların namizədi olmuş Hillari Klinton Cozef Baydenin adminstrasiyasında Vaşinqtonun BMT-dəki səfiri ola bilər.

Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

Kadr ideyasının tərəfdarları hesab edirlər ki, Klintonun təyin edilməsi bu vəzifənin yeni rəhbərlikdəki əhəmiyyətini nümayiş etdirəcək.  Eyni zamanda BMT-nin özünə etibarını gücləndirməyə kömək edəcəkdir.

“ABŞ-ın qlobal əməkdaşlıq və dünya arenasındakı rolunun azaldığı bir vaxtda Klintonun təyinatı BMT-nin də nüfuzunu yüksəldəcək", - deyə qəzet yazıb.

Xatırladaq ki, Hillari Klinton  Barak Obamanın prezidentliyinin ilk dönəmində dövlət katibi vəzifəsində çalışıb.  2016-cı il prezident seçkilərində rəqibi Donald Trampa məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO