NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO

NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO

Hazırda oxunan: NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO
252337
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində ölkəmizdə səfərdə olan hərbi təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universiteti (MMU) və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə MMU-da keçirilən görüşdə cari il üzrə hərbi təhsil sahəsində görülən işlər təhlil edilib, perspektivdə duran məsələlər müzakirə olunub.

Səfər çərçivəsində NATO nümayəndə heyəti, həmçinin MMU-nun Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsində olublar. Qonaqlara brifinqlər təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Keçirilən görüşlər zamanı xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunan hərbi təhsil proqramları ilə bağlı zəruri məlumatlar verilib, əvvəlki görüşlərdə müzakirə edilmiş mövzuların cari vəziyyəti təhlil edilib, təhsil proqramlarının inkişafı ilə bağlı təkliflər dinlənilib, pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, elektron tədris sisteminin təşkili və perspektivdə duran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO - foto 1
NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO - foto 2
NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO - foto 3
NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO - foto 4
NATO-nun təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universitetində - FOTO - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO