Mahir Emreli “Nernberq”dən ayrılır?

Mahir Emreli “Nernberq”dən ayrılır?

Hazırda oxunan: Mahir Emreli “Nernberq”dən ayrılır?
234482
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti dəfə komandasını dəyişəcək.

Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, Almaniyanın “Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu orada da çox qalmayacaq. 

Ötən ilin yayında Zaqreb “Dinamo”sundan II Bundesliqa klubuna keçən forvard məşqçilər korpusunun ümidlərini doğrutmur.
 

Üstəlik, Emrelinin komanda yoldaşları ilə münasibəti də ürəkaçan deyil. “Nürnberq” rəhbərliyi onu qış fasiləsində də yola sala bilərdi. Lakin hücum xətti üçün düşünülən futbolçular alınmadığından, Mahir mövsümün sonuna qədər komandada qalacaq. Almanlar millimizin üzvü ilə yayda yolları ayırmağı planlaşdırır.


Hücumçunun “Nürnberq”lə müqaviləsi mövsümün sonuna qədər olsa da, klubun sözləşməni daha bir il uzatmaq hüququ var. Ancaq nürnberqlilər bu imkandan yararlanmayacaqlar və Emreli azad agent kimi komandanı tərk edəcək. Qeyd edək ki, Mahir Emreli son 4 ildə ardıcıl olaraq “Legiya”, “Dinamo” (Zaqreb), “Konyaspor” və “Nürnberq”də legioner həyatı yaşayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO