Abşeron məktəblərində nə BAŞ VERİR? – ŞOK GƏLİŞMƏ

Hazırda oxunan: Abşeron məktəblərində nə BAŞ VERİR? – ŞOK GƏLİŞMƏ

22987

Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi Xırdalan şəhər 1 nömrəli məktəbdə yoxlamalara başlayıb.

Bizim.Media-ya daxil olan məlumata görə Abşeron rayonunda yerləşən məktəbdə korrupsiya faktlarının olduğu iddia olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Abşeron Təhsil Şöbə müdiri də kreslosu ilə VİDALAŞIR – Nazirlik YOXLAMALARA başladı  


Mənbənin bildirdiyinə görə məktəbə müəyyən şəxslərin (müəllimlər, direktor müavinləri, xadimə və psixoloqlar) qeyri-qanuni yollarla yerləşdirilməsi həyata keçirilib ki, bu məsələdə də Abşeron Rayon Təhsil Şöbə müdiri Nazilə Məmmədovanın birbaşa iştirakının olduğu iddia olunur.

Mənbə qeyd edib ki, Nazilə Məmmədova təkcə qeyd edilən məktəbdə deyil, Abşeron rayonunda yerləşən bir çox təhsil müəssisələrinə qeyri-qanuni yollarla işçi yerləşdirməsi aparıb.

Vaxtilə Binəqədi rayonunda 297 nömrəli məktəbin təlim-tərbiyə üzrə direktor müavini olan və dələduzluqda ittiham olunan Lalə Quliyevanın da məhz Nazilə Məmmədova tərəfindən Masazır qəsəbəsi 3 saylı məktəb direktoru vəzifəsinə gətirildiyi deyilir. İddialara görə, Lalə Quliyeva əvvəlki vəzifəsi zamanı 60 müəllimin hərəsindən 60 manat pul yığaraq onlara “HBƏT” (Həyati bacarıqlara əsaslanan təlim) sertifikatını verməyi vəd edib. O, pulu aldıqdan sonra nə sertifikat verib, nə də məbləği geri qaytarıb. Bundan sonra maddi zərər görmüş müəllimlər ərizə yazaraq xanımdan şikayətçi olublar. Lalə Quliyevaya cinayət işi açılması tələb olunsa da, qüvvəyə minməyib.
 

Bundan sonra direktor müavini öz ərizəsi ilə vəzifəsindən istefa verib. 2017-ci ilin yeni tədris ilində isə onu Abşeron rayon Masazır qəsəbəsində yerləşən 3 saylı məktəbə direktor vəzifəsinə təyin ediblər.


Bunlardan əlavə Abşeron rayonuna məxsus Məhəmmədi kənd məktəbinin də adı sözügedən qalmaqallarda hallanır. Bir sözlə Abşeron rayonunda yerləşən məktəblərdəki “təyinat”ların bilavasitə Nazilə Məmmədovanın “rol”u və tapşırığı ilə həyata keçirildiyi iddia olunur.

Xırdalan 1 nömrəli məktəbdə başlanan yoxlamalara aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyi ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Cəsarət Valehov bu barədə dəqiq məlumatı olmadığını bildirib.
 

Xatırladaq ki, rüşvətdə ittiham olunan Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli məktəbin direktoru Samirə Əkbərovanın korrupsiya əməlində Rayon Təhsil Şöbə müdiri Nazilə Məmmdli də ittiham olunur.


Hər iki şəxsin əlbir olaraq 30-a yaxın vətəndaşdan işə düzəltmə adı altında külli miqdarda rüşvət aldığı bidirilir.

Onu da qeyd edək ki, rüşvət qalmaqalına görə Samirə Əkbəroav barəsində Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Həmçinin direktor vəzifəsindən uzaqlaşdırılıb. Nazilə Məmmədliyə isə töhmət verilib.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO