Kürdəmirdə DƏHŞƏT- Ərə verilən azyaşlının ailəsi Lalə Azərtaşa balta ilə hücum ETDİ - VİDEO

Kürdəmirdə DƏHŞƏT- Ərə verilən azyaşlının ailəsi Lalə Azərtaşa balta ilə hücum ETDİ - VİDEO

Hazırda oxunan: Kürdəmirdə DƏHŞƏT- Ərə verilən azyaşlının ailəsi Lalə Azərtaşa balta ilə hücum ETDİ - VİDEO
227356
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirin Sığırlı kəndində 15 yaşlı qızı qaçırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Təsir Dairəsi” sosial - ictimai verilişinə məlumat daxil olub.

Məlum olub ki, qaçırılan qız üçün 2025-ci il yanvarın 4-ü tarixində toy mərasiminin keçirilməsi pılanlaşdırılır.

Hadisənin aydınlaşdırılması məqsədilə verilişin aparıcısı Lalə Azərtaş çəkiliş heyətilə birgə qaçırılan qızın ailəsinə baş çəkib. Lakin yetkinlik yaşına çatmayan qızın ailəsi aparıcıya balta ilə hücum çəkib, əməkdaşlardan birinə fiziki şiddət göstəriblər, eyni zamanda telekanala məxsus kamera sındırılıb.

Qeyd edək ki, məsələdən xəbərdar olan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal ailəyə baş çəkərək, erkən nikahın qarşısının alınması məqsədilə müdaxilə ediblər. Lakin verilən məlumata görə, ailə üzvləri polis əməkdaşlarını aldadaraq, onlara qaçırılan qızın yetkinlik yaşına çatmış bacısının şəxsiyyət vəsiqəsini təqdim ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO