Rusiyaya axışan müğənnilərə Əli Mirəliyevdən SƏRT TƏPKİ: “Min oyundan çıxırlar” 

Hazırda oxunan: Rusiyaya axışan müğənnilərə Əli Mirəliyevdən SƏRT TƏPKİ: “Min oyundan çıxırlar” 

22226

“Mənə zənglər gəlir və şikayət edirlər ki, Rusiyada müğənnilərimiz arvadlı-kişili min oyundan çıxır. Axı, ora Azərbaycan deyil? Rəqsanə xanım oradan Zaura zəng edib şikayətlənir. Mənə ayrı deyirlər.

Soruşuram “neynirlər?”, deyirlər “daha neynəmirlər”. Zəng edənlərin hamısı şikayətlənir ki, “niyə, bizi hörmətdən salırlar?”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış müğənni Əli Mirəliyev son vaxtlar Azərbaycanın şou-biznes əhlinin Rusiya və Orta Asiya ölkələrində keçirilən toylara axışması məsələsinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya toylarına gedən Azərbaycan müğənniləri – Onları nə gözləyir? - FOTOLAR


Onun sözlərinə görə xarici ölkələrə gedən bəzi müğənnilərimiz dövlətin adını batırır:

“Əgər həqiqətən də oxumağa və dolanmağa gedirlərsə, münasibətim normaldır. Müğənninin əlindən başqa heç nə gəlmir. Yox, əgər müğənnilik adı ilə başqa işlərlə məşğuldularsa, bu, heç də xoş deyil. Bizim adımızı niyə batırırsız? Biri var 5 manatı halal yolla qazanırsan. Biri də var ki, digər yolla... Üstəlik bilinmir ki, nə musiqilər oxuyursunuz? Özü də bunlar bazarda işləyən alverçilərimiz üçün oxuyurlar və onlara “keyf” verirlər. Məgər ziyalılar onların gic-gic mahnılarına və ya meyxanalarına qulaq asacaqlar? Görürük də onları...”

Əli Mirəliyev bəzi şou-biznes nümayəndələrinin qonşu ölkələrdə özlərini apara bilməmələrini dövlət adına ləkə kimi dəyərləndirib:

“Dövlətimiz, xalqımız üçün sorağı pisdir. O cür müharibədən qalib çıxmış ölkənin müğənniləri indi gedib Rusiyada min oyundan çıxırlar. Bunu necə başa düşək? Bu, rəsmi tədbir deyil ki, deysən getdi oxudu və qayıtdı.  Qeyri-rəsmi səfərlərdir. Nə qapdı-qapdı...Yalnız onu bilirəm ki, bizə bu, başucalığı gətirməyəcək”, deyə müğənni əlavə edib. 

Qeyd edək ki, son vaxtlar ölkəmizdə hələ də qüvvədə olan toy qadağası səbəbindəən bəzi müğənnilərin xaricə səfərləri aktivləşib.

Dolanışığın çətinliyindən şikayətlənən və qonşu ölkələrə üz tutan şou-əhli barədə heç də xoş olmayan fikirlər səslənir. Hətta bəzilərinin əxlaqsızlıqla məşğul olduqları barədə iddialar da var.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO