Rusiya toylarına gedən Azərbaycan müğənniləri – Onları nə gözləyir? - FOTOLAR

Hazırda oxunan: Rusiya toylarına gedən Azərbaycan müğənniləri – Onları nə gözləyir? - FOTOLAR

19946

Artıq 1 ildir ki, toy məclisləri koronavirus pandemiyası səbəbi ilə baş tuta bilmir. Uzun müddətdir ki, evlərdən nə vağzalı səsi gəlir, nə də toy dəvətnamələri göndərilir. Bu vəziyyət təkcə bəy-gəlinə yox həmçinin toy biznesində çalışan bütün şəxslərə pis təsir edib. 

Lakin bu vəziyyətdən çıxış yolu tapanlar da oldu. Pandemiya ilə əlaqədar olaraq Azərbaycanda toyların keçirilməsi dayandırılsa da Rusiyada, İsraildə toy şənliklərinin problemsiz şəkildə keçirilməsi hər kəsə məlumdur. 

Azərbaycanlı toy ifaçılarının bir çoxu da qazanc üçün əsasən Moskva toylarına üz tutur.

Onların arasında, İsrailə, BƏƏ-yə, Türkiyəyə gedənlər də var. Bunları həmin ifaçıların şəxsi sosial hesablarındakı paylaşımlarından görə bilirik. Rusiya toylarında ən çox dəvət edilən müğənni qonaqlardan biri məhz Rəqsanə İsmayılovadır. Ailəsi ilə birgə Moskvada yaşayan müğənni oradakı toyların sevimlisinə çevrilib.



Həmçinin qızı Aysunu da Moskvada keçirilən toy şənliklərində iştirak etdiyini görürük.



Çoxlu fanat kütləsinə sahib müğənnilərdən olan Damla və Üzeyir Mehtizadə də Moskva toylarının sevimlilərindədirlər.





Muğam ifaçıları kimi hər kəs tərəfindən sevilən Elnarə Abdullayeva, Könül Kərimova, Zenfira İbrahimova da Rusiyada keçirilən toy məclislərində iştirak edirlər.







Ədalət Şükürov, Elçin Huseynov, və xanım müğənni Mətanət İsgəndərli də Moskva toylarında iştirak edən müğənnilər sırasındadırlar.







İllərdir Moskvada yaşayan və pandemiyadan da öncə oradakı toyların mahir ifaçıları olan Nuri və Ceyn cütlüyü də pandemiya dövründə toy məclislərində iştirak edən müğənnilər sırasındadırlar.



Amma bu sənətçilərin Rusiya və xaricdən qazandıqları ilə bərabər “qazandıqları” da var.

Onlardan bir çoxusu məhz Rusiyada keçirilən şənliklərdə koronavirusa yoluxub. Hazırda xəstəxanada yatan Mətanət İsgəndərlinin də Rusiyada yoluxduğu deyilir. 

Müğənnilərdən bir qismi özləri də bunu etiraf edirlər. Burada qədim atalar sözü yada düşür:

“Çörək aslanın ağzındadır”. Allah hər kəsin köməyi olsun.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO