Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB 

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB 

Hazırda oxunan: Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB 
191348
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-aprel aylarında Azərbaycana hava nəqliyyatı ilə 926 min 652 nəfər sərnişin daşınıb. 

Bizim.Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % çoxdur. 

4 ayda Azərbaycana 263 min 505 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,6 % artım deməkdir. 

Təkcə aprel ayında Azərbaycana 258 min 176 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 46,3 % çoxdur. Apreldə Rusiyadan 71 min 835 sərnişin daşınıb ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 38,7 % çoxdur. 

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 217 min 689 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 21,4 % çoxdur. 
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 131 min 325 sərnişinlə (+42 %) daxil olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO