Beyonse yeni albomunu reklam etmək üçün çılpaq FOTOLAR çəkdirdi

Beyonse yeni albomunu reklam etmək üçün çılpaq FOTOLAR çəkdirdi

Hazırda oxunan: Beyonse yeni albomunu reklam etmək üçün çılpaq FOTOLAR çəkdirdi

183584

Dünya pop səhnəsinin ulduzu Beyonse martın 29-da çıxacaq yeni “Cowboy Carter” adlı albomunun üz qabığı üçün qalmaqallı addım atıb. 

Bizim.Media xəbər verir ki, bunun üçün sənətçi tamamilə çılpaq halda obyektiv qarşısına keçib. 

Sosial şəbəkədə yayımlanan fotoda 42 yaşlı müğənni geyimsiz, sinə və alt hissəsini lentl və əlləri ilə örtərək seksual pozlar verib. 

Bundan savayı Beyonsenin sosial şəbəkələrində albomun reklam kampaniyası çərçivəsində digər tanıtım şəkilləri də üzə çıxıb.  
Fotoların birində Beyonse ata minərkən və albomun başlığına və üslubuna aid olan kovboy papağı geyinərkən çəkilib.  

Həmçinin, pop ulduz özünün bir sıra şəkillərini və repçi, iş adamı əri Cey Zi ilə birgə portretini də albomda dərc edib. 

Qeyd edək ki, “Cowboy Carter” albomu Beyonsenin karyerasında sayca 8-ci studiya albomu olacaq. Bu, onun 2 il əvvəl buraxılmış “Renaissance” albomunun ikinci hissəsidir. 












Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO