Qaxda hərəkətdə olan avtomobilin təkəri partladı, 2 qardaş xəsarət aldı - FOTO

Qaxda hərəkətdə olan avtomobilin təkəri partladı, 2 qardaş xəsarət aldı - FOTO

Hazırda oxunan: Qaxda hərəkətdə olan avtomobilin təkəri partladı, 2 qardaş xəsarət aldı - FOTO

183366

Yolun sürüşkən olması nəticəsində avtomobil qəzadan yayına bilməyib və ağaca çırpılıb. 

Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində hərəkət edən “Azsamand” markalı minik avtomobili qəza törədib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, havanın yağışlı olması qəza zamanı avtomobilin sürət həddini artırıb və nəticədə o, yolun kənarındakı ağaca çırpılıb. 

İlkin məlumata əsasən qəzaya səbəb avtomobilin arxa təkərinin partlaması olub. Qəza nəticəsində avtomobildə olan rayonun Qaysarlı kənd sakinləri 44 yaşlı Zahid Kərimov və onun 39 yaşlı qardaşı Natiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım avtomobilinin köməyi ilə Kərimov qardaşları Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən onların vəziyyəti orta-ağır hesab edilir və müalicələri davam etdirilir.
Qəzanın təfərrüatları araşdırılır.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO