Almaniyada Türkiyə vətəndaşları SAXLANILDI: “Starlink” stansiyasının yandırılmasına görə

Almaniyada Türkiyə vətəndaşları SAXLANILDI: “Starlink” stansiyasının yandırılmasına görə

Hazırda oxunan: Almaniyada Türkiyə vətəndaşları SAXLANILDI: “Starlink” stansiyasının yandırılmasına görə

641855

Almaniyada “Starlink” stansiyasını yandırmaqda şübhəli bilinən iki Türkiyə vətəndaşı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

Onun sözlərinə görə, şübhəlilər Polşanın Mazovets voyvodalığında yerləşən “Starlink” stansiyasını yandırmaqda ittiham olunurlar. Saxlanılma Polşa xüsusi xidmət orqanlarının tapşırığı ilə həyata keçirilib.

Tusk hadisəni hibrid müharibənin növbəti aktı adlandırıb və təxribatın təşkilatçılarının Polşa məhkəməsi qarşısında cavab verəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO