Messinin abunəçilərinin sayı 500 milyona çatdı

Messinin abunəçilərinin sayı 500 milyona çatdı

Hazırda oxunan: Messinin abunəçilərinin sayı 500 milyona çatdı

180342

"İnter Mayami"nin futbolçusu Lionel Messinin "İnstaqram" sosial şəbəkəsində abunəçilərinin sayı 500 milyonə çatıb.

Bizim.Media xəbər verir ki, o, bunu bacaran ikinci şəxs olub.  

Bu göstəricidə 36 yaşlı futbolçu hazırda 622 milyon istifadəçinin izlədiyi “Əl-Nəsr”in  hücumçusu Kriştiano Ronaldodan geri qalır.

Sosial şəbəkədə ən populyar ulduzlar siyahısında Messidən sonra müğənni Selena Qomes (429 milyon), model Kayli Cenner (400 milyon) və aktyor Dueyn Conson (396 milyon) yer alıb.
Messi ötən ilin iyulundan "İnter Mayami"də çıxış edir. Ötən mövsüm forvard MLS klubunun heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 11 qol vurub və 5 qolun ötürməsini verib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO