Aktrisa Sevinc: "Keçmiş ərim Fuadla dost münasibətində deyilik" - VİDEO

Hazırda oxunan: Aktrisa Sevinc: "Keçmiş ərim Fuadla dost münasibətində deyilik" - VİDEO

179711

"Övladlarım Suad və Fatimə əkizdirlər. Onların 13 yaşları var. Uşaqlarım məktəbə gedənə kimi səhnədən 6 il uzaq qaldım. Uşaqlarımın ataları ilə çox yaxşı münasibətləri var. Onlar mənimlə birgə qalırlar. Mənim də keçmiş həyat yoldaşım Fuad Əlişovla münasibətim yaxşıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa və rejissor Sevinc Əliyeva qonaq olduğu "10-da görüşək" verilişində deyib.

Sənətçi keçmiş həyat yoldaşı rejissor və klipmeyker Fuad Əlişovla münasibətlərindən söz açıb.

Sevinc bildirib ki, Fuadla dost münasibətində olmasalar da uşaqlarının duzgün tərbiyə almasında o da bir ata kimi iştirak edir:

"Keçmiş ərim Fuadla dost münasibətində deyilik. Biz uşaqlarımızın valideynləriyik. Biz bir-birimizə nə qədər yaxşı yanaşsaq, hörmət bəsləsək uşaqlar bunu görürlər və belə də olmalıdır. Uşaqlarla bağlı bir problem yarananda Fuada zəng edirəm. 

Fuad uşaqların atasıdır, mənimlə bərabər onların tərbiyəsi, həyatları ilə məşğuldur. Biz 9 il ailəli qaldıq və qarşılıqlı olaraq yollarımızı ayırdıq. Olur ki, oxuyursan ki, bir ailədə dava, qırığın, məhkəmə və yollarını ayırırlar. 

Efir vasitəsi ilə bütün valideynlərə səslənirəm, bir-birinizdən acıq çıxmaq istəyirsinizsə,  uşaqlardan istifadə, manipulyasiya etməyin.

Sizin davanız, qırğınınız bir gün bitəcək, amma o uşaqların psixologiyası düzəlməyəcək. Uşaqlarınızın 20-25 yaşı olanda onlar psixoloqların əllərində qalacaqlar. Etməyin! Övladlarınızı şəxsi münasibətlərinizə qatmayın. Bu, düzgün deyil".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO