Messidən azərbaycanlı iş adamına bahalı HƏDİYYƏ - VİDEO 

Messidən azərbaycanlı iş adamına bahalı HƏDİYYƏ - VİDEO 

Hazırda oxunan: Messidən azərbaycanlı iş adamına bahalı HƏDİYYƏ - VİDEO 

176175

ABDA Invest Holding-in təsisçisi və sədri, Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti iş adamı Adnan Əhmədzadənin ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi ilə yeni görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, görüntüləri iş adamı rəsmi “Instagram” hesabında paylaşıb.

“Ən əziz dostumdan imzalanmış ən yaxşı ad günü hədiyyəsi” , - deyə iş adamı qeyd edib.

Bu gün doğum gününü qeyd edən A. Əhmədzadəyə Messi “Jacob And Co Messi edition” saatı hədiyyə edib. Dünya şöhrətli futbolçu saatın qutusuna imza da atıb.

Qeyd edək ki, Adnan Əhmədzadənin Messi ilə ailəvi dostluğunun olması ilə bağlı daha əvvəl də xəbərlər yayılmışdı. Belə ki, futbolçu şəxsi sosial media hesabında azərbaycanlı iş adamı ilə ailəvi şəklini paylaşmış, paylaşıma 1 saat ərzində 2 milyon "like" gəlmişdi.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO