Nazir müavininə yeni vəzifə verildi - FOTO

Nazir müavininə yeni vəzifə verildi - FOTO

Hazırda oxunan: Nazir müavininə yeni vəzifə verildi - FOTO

175687

Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında məlumat verilib.

Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

O, eyni zamanda 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində elmi işçi vəzifəsində çalışıb və .sonra fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.
E. Soltanov 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin dekanı vəzifələrində çalışıb. 

2018-ci ildən etibarən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO